» » Rusiya OPEK-in İstanbulda keçiriləcək görüşündə iştirak edəcək

Rusiya OPEK-in İstanbulda keçiriləcək görüşündə iştirak edəcək

Rusiya OPEK-in İstanbulda keçiriləcək görüşündə iştirak edəcək

Rusiya OPEK üzvlərinin İstanbulda keçirilən danışıqlarına qoşulacaq.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft sənayesi naziri Euloxio del Pino bildirib. 

Euloxio del Pinonun sözlərinə görə, görüşdə Səudiyyə Ərəbistanı, Əlcəzair, Qətər və BƏƏ-nin nazirləri, eləcə də Rusiyanın energetika naziri Aleksandr Novak iştirak edəcək. 

Venesuela nazirinin sözlərinə görə, görüşdə OPEK-ə daxil olmayan ölkələrin, təşkilatın üzv-ölkələrinin neft hasilatının məhdudlaşmasına dair əldə etdikləri razılaşmada iştirakı müzakirə ediləcək. 

Daha öncə “Reuters” Əlcəzairin energetika naziri Nürəddin Butarfuya istinadən OPEK-in üzv-ölkələrinin və təşkilata üzv olmayan dövlətlərinin görüşünün 8-13 oktyabrda İstanbulda keçiriləcəyinə dair məlumat yaymışdı.
 

ucarliyiq.biz