» » ABŞ-da qasırğa səbəbi ilə təxminən 1600 aviareys ləğv edilib – VİDEO

ABŞ-da qasırğa səbəbi ilə təxminən 1600 aviareys ləğv edilib – VİDEO

ABŞ-da qasırğa səbəbi ilə təxminən 1600 aviareys ləğv edilib – VİDEO

ABŞ-da “Metyu” qasırğası səbəbindən təxminən 1,6 min aviareys ləğv edilib. Hazırda qasırğa ölkənin cənubi-şərq regionlarına doğru hərəkət edir.

Güclü “Metyu” qasırğası ABŞ-a doğru irəliləyir. Proqnozlara görə, günorta Florida ştatının sahillərində olacaq. Şərq sahillərinin iki milyondan çox sakini təxliyə tövsiyəsi alıb. 

Ucarliyiq.biz “TV Mərkəz” telekanalına istinadən xəbər verir ki, qasırğanın yaxınlaşması üzündən ölkənin cənubi-şərq hissəsində yüzlərlə aviareys ləğv edilib. 

Təbii fəlakətə Corciya, Cənubi və Şimali Karolina da hazırlaşırlar. Bu ştatlarda fövqəladə vəziyyət rejimi elan edilib, on minlərlə adam evini tərk etməli olub, məktəblər və bəzi dövlət idarələri bağlanıb.

“Metyu” dağıdıcı qasırğası Karib hövzəsi ölkələrində ən azı 27 adamın ölümünə səbəb olub. Haitidə qasırğaya görə, bu bazar günü keçiriləcək seçkilər ləğv edilib. Kubanın şərq sahilləri də qasırğaya meydan olub. Təhlükəli rayonları artıq milyona yaxın adam tərk edib. 

ucarliyiq.biz