» » Sorğu: Tramp 2% Klintondan irəlidədir

Sorğu: Tramp 2% Klintondan irəlidədir

Sorğu: Tramp 2% Klintondan irəlidədir

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp sorğunun nəticələrinə görə, demokratların namizədi Hillari Klintonu 2% geridə qoyur. 

Ucarliyiq.biz sorğunu keçirən “Rasmussen Reports” sosioloji şirkətin saytına istinadən xəbər verir ki, sorğuda iştirak edənlərin 43%-i Trampı, 41%-i isə Klintonu dəstəkləyir. 

Sorğuda iştirak edənlərin daha 8%-i Libertarian partiyasının nümayəndəsi Heri Consonu, 3%-i Yaşıllar partiyasının namizədi Cill Staynı, 2%-i isə digər namizədləri dəstəkləmək istəyir, 4% amerikalı isə cavab verməkdə çətinlik çəkib. 

Sosioloqlar dəqiqləşdiriblər ki, sorğuda iştirak edənlərin əksəriyyəti (81%) namziədin seçimində qəti fikrə gəliblər. Onların arasında 49% Trampı dəstəkləyir. Qərar qəbul etməyən seçicilərin 31%-i Trampa üstünlük verir, 29%-i çox güman ki, Klintonu, 27%-i Consonu, 13%-i isə Staynı seçəcəklər. 

3-5 oktyabr tarixlərində keçirilən sorğu çərçivəsində 1,5 min amerikalının fikri öyrənilib. 

Daha öncə ümummilli sorğu nəticəsində Klintonun Trampı beş faiz geridə qoyduğu barədə məlumat yayılmışdı.


ucarliyiq.biz