» » Yəməndə yas mərasiminə aviazərbələr endirildi: Yüzlərlə ölən var

Yəməndə yas mərasiminə aviazərbələr endirildi: Yüzlərlə ölən var

Yəməndə yas mərasiminə aviazərbələr endirildi: Yüzlərlə ölən var

Yəmənin paytaxtında yas mərasiminə endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 213 nəfərə çatıb.

Ucarliyiq.biz RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə “Əl Mayədin” telekanalı məlumat yayıb.

Üsyançı husilər zərbənin endirilməsində ərəb koalisiyasını ittiham edib, lakin koalisiya hadisə ilə əlaqəsi olmadığını iddia edir.

Üsyançıların rəsmi nümayəndəsi Məhəmməd Əbdül-Salam bildirib ki, yas mərasiminin bombardman olunması koalisiya tərəfindən törədilən növbəti soyqırımı aktıdır.

Xatırladaq ki, Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla mübarizədə Yəmən hökumətinə dəstək verir.

ucarliyiq.biz