» » Türkiyədə terror aktı, 8 əsgər şəhid olub

Türkiyədə terror aktı, 8 əsgər şəhid olub

Türkiyədə terror aktı, 8 əsgər şəhid olub

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən hərbi postda terror aktı baş verib.

Ucarliyiq.biz CNN Türk telekanalına istinadən xəbər veir ki, bomba yüklənmiş avtomobillə posta hücum nəticəsində 8 əsgər şəhid olub.

Hücumu PKK terror təşkilatının törətdiyi bildirilir.

Hadisə zamanı aralarında mülki şəxslər də olmaqla, 7 nəfər yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda yaralananlardan 5-nin hərbçi olduğu bildirilir. 

Partlayışdan sonra ərazidə 5 metr dərinliyində və 10 metr enində böyük çuxur yaranıb. Hadisədən dərhal sonra qəsəbədə havadan dəstək verilən geniş miqyaslı antiterror əməliyyatı başlayıb.

Əraziyə çoxlu sayda təcili yardım maşını cəlb edilib. Yaralılar Şəmdinli və Yüksəkova dövlət xəstəxanalarına aparılıblar.

ucarliyiq.biz