» » Yəməndə toy bombardman edildi

Yəməndə toy bombardman edildi

Yəməndə toy bombardman edildi

Ölən və yaralananlar var.

Yəməndə koalisiya təyyarələri toy qeyd etməyə hazırlaşan insan kütləsinə iki raket-bomba zərbəsi endirib. Bu barədə Reuters məlumat yayıb. 

ucarliyiq.biz lenta.ru-ua istinadla xəbər verir ki, insident ölkənin cənubunda Əl-Mokxa şəhərinin yaxınlığında Vaxica kəndində baş verib. 

Şahidlərin sözlərinə görə, 12 qadın, səkkiz uşaq və yeddi kişi ölüb. Eyni zamanda yerli hakimiyyət 30 insanın öldüyü və onlarla yaralının olduğu barədə məlumat yayıb. 

Vaxici sakinləri Yəməndə gedən vətəndaş müharibəsində heç bir tərəfi dəstəkləməyiblər. 

Koalisiya qüvvələrinin dəstəklədiyi prezident Abd-Rabbo Mansur Xadinin nümayəndəsi ba. vermiş insidenti faciəvi səhv adlandırıb.