» » Rusiya və Türkiyə sərbəst ticarətlə bağlı müqavilə imzalamağı planlaşdırır

Rusiya və Türkiyə sərbəst ticarətlə bağlı müqavilə imzalamağı planlaşdırır

Rusiya və Türkiyə sərbəst ticarətlə bağlı müqavilə imzalamağı planlaşdırır

Rusiya və Türkiyə arasında sərbəst ticarətlə bağlı müqavilə 2017-ci ilin sonunda imzalana bilər.

Ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi açıqlayıb.

N.Zeybəkçi deyib ki, tərəflər bu gün aparılan danışıqlarda iki ölkə arasında sərbəst ticarətlə bağlı müqavilənin 2017-ci ilin sonunda imzalana biləcəyi barədə razılığa gəliblər. Tərəflər dörd illik orta müddətli proqramın həyata keçirilməsi barədə də razılığa gəliblər. Bu barədə razılaşma Türkiyə və Rusiya Yüksək Əməkdaşlıq Şurasının yaxın vaxtlarda keçiriləcək iclası çərçivəsində imzalana bilər.

Qeyd edək ki, N.Zeybəkçi və Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı haqqında birgə Bəyannaməni imzalayıblar. 

A.S.
ucarliyiq.biz