» » Pedro Aqramunt AŞPA-nın sədri seçilib

Pedro Aqramunt AŞPA-nın sədri seçilib

Pedro Aqramunt AŞPA-nın sədri seçilib

Səsvermə keçirilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasından sonra qurumda təmsil olunan Avropa Xalq Partiyası fraksiyasında Assambleyanın 2016-cı ilin yanvarında keçiriləcək sessiyasına AŞPA sədri postuna seçkilər keçirilib.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, seçkilər qrup daxilində iki namizəd, Azərbaycan üzrə keçmiş həmməruzəçi, ispaniyalı deputat Pedro Aqramunt və fransalı deputat, AŞPA-nın sabiq sədri Jan-Klod Minyon arasında keçirilib. 

Seçkilərdə 109 nəfər iştirak edib və 75 səs lehinə, 30 səs əleyhinə olmaqla Pedro Aqramunt növbəti dövr üçün AŞPA sədri postuna seçilib.
 
Qeyd edək ki, AŞPA-nın daxili prosedur qaydalarına uyğun olaraq qurumun hazırkı sədri, xanım Ann Brassörün təmsil olunduğu Avropa Liberal və Demokratlar Alyansı fraksiyasından sonra sədrlikk növbəsi Avropa Xalq Partiyası fraksiyasına çatıb. Bu fraksiyadan isə sədrliyə namizədlik üçün fraksiyanın rəhbəri Pedro Aqramunt və AŞPA-nın keçmiş prezidenti Jan Klod Minyon mübarizə aparırdılar.