» » Səudiyyə Ərəbistanından neft hasilatı ilə bağlı açıqlama

Səudiyyə Ərəbistanından neft hasilatı ilə bağlı açıqlama

Səudiyyə Ərəbistanından neft hasilatı ilə bağlı açıqlama

“Biz 7 milyard insanın taleyini düşünmək məcburiyyətindəyik”.

“Səudiyyə Ərəbistanı enerji sektoruna investisiyaları davam etdirəcək”.

Ucarliyiq.biz-ın məlumatına görə, APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu sözləri İstanbulda öz işinə başlayan XXIII Dünya Enerji Konqresinin açılışındakı çıxışında Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih deyib.

Çıxışında yeni dönəmdə Səudiyyə Ərəbistanının yürüdəcəyi enerji siyasətinin ana xətləri barədə danışan əl-Falih deyib ki, ölkəsi bu sahədə yatırımlara davam edəcək: 

“Bunun üçün lazımi hazırlıqlarımız var. Bazardan tələb gəlməsi halında neft hasilatını da artıracağıq. Hazırda biz 7 milyard insanın taleyini düşünmək məcburiyyətindəyik. 2050-ci ildə bunun üstünə 2 milyard da gələcək. Bazarın əsas oyunçularından biri kimi bunları nəzərə almaya bilmərik”.

Xalid əl-Falih OPEK üzvü olan ölkələrin maliyyə nazirlərinin və mərkəzi banklarının prezidentlərinin daimi məşvərət halında olduqlarını və 2 ayda bir keçirilən toplantılarda vəziyyəti analiz etdiklərini bildirib.

Qeyd edək ki, Türkiyə prezidentinin himayəsi altında keçirilən XXIII Dünya Enerji Konqresinin təşkilatçıları Dünya Enerji Şurası və Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyidir. 


ucarliyiq.biz