» » Gürcüstanda parlament seçkilərinin nəticələri açıqlanıb

Gürcüstanda parlament seçkilərinin nəticələri açıqlanıb

Gürcüstanda parlament seçkilərinin nəticələri açıqlanıb

Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 100%  səslər hesablanıb.

Ucarliyiq.biz-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Beləliklə, yeni parlamentdə hakim “Gürcü arzusu” (48,8%), sabiq prezident Mixail Saakaşvilinin  lideri olduğu “Vahid Milli Hərəkat” Partiyası (27,1%) və “Vətənpərvərlər Alyansı” (5,006%) təmsil olunacaqlar.

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 19 partiya iştirak edib. Gürcüstan parlamentinin dəqiq tərkibi bir çox birmandatlı dairələrdə keçirilən ikinci turdan sonra məlum olacaq. 

[/b]
[b]ucarliyiq.biz