» » Terrorçuların bayrağı Qarabağda sancıldı

Terrorçuların bayrağı Qarabağda sancıldı

Terrorçuların bayrağı Qarabağda sancıldı

Ermənilər işğal altında saxladıqları Qarabağ ərazisində təxribatlara davam edirlər.

Ucarliyiq.biz xəbər verir ki, Modern.az-ın yaydığı xəbərə görə, dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağı Qarabağdakı təmas xəttində asılıb. 

Bu fotofaktı ermənilər sosial şəbəkədə yayıblar. Onlar həmin bayrağın 2011-ci ildən bəri təmas xəttinin Tərtər rayonu istiqamətindəki döyüş mövqelərində asıldığını və Azərbaycan mövqelərindən göründüyünü yazırlar.

Xatırladaq ki, ASALA terror təşkilatı 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılıb. Təşkilat əksəriyyəti türk diplomatı olmaqla, ümumilikdə 46 nəfərin ölümünə bais olub. 1988-ci ildə liderləri Akop Akopyan Afinada öldürüldükdən sonra ASALA fəaliyyətinə son qoyub.