» » Nazarbayev dünya valyutasını yaratmağı təklif etdi

Nazarbayev dünya valyutasını yaratmağı təklif etdi

Nazarbayev dünya valyutasını yaratmağı təklif etdi

“Yeni keyfiyyətli maliyyə vasitələri lazımdır”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dünya valyutasının hazırlanması üzrə BMT-nin üzv ölkələrinin səylərini birləşdirməyi təklif edib, Qazaxıstan liderinin mətbuat xidmətindən bildirilib.   

ucarliyiq.biz xəbər verir ki, Qazaxıstan rəhbəri BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının tirbunasından qlobal böhran ilə mübarizəyə “indi qanunilik, demokratiklik, rəqabət, səmərəlilik və beynəlxalq nəzarət meyarlarına cavab verməyən” emissiya və dünya valyuta ehtiyatlarının dövriyyəsində qayda-qanunun yaradılması ilə başlamağın lazım olduğunu qeyd edib.

“XXI əsrdə dünyaya yeni keyfiyyətli maliyyə vasitələri lazımdır. Qlobal inkişaf və rifahın məqsəd və vəzifələrinə cavab verən dünya valyutasının hazırlanması üzrə BMT-nin üzv ölkələrinin səylərini birləşdirmək lazımdır”, - Nazarbayev deyib.