» » Novak: Vyana toplantısında ABŞ-ı da görmək istərdik

Novak: Vyana toplantısında ABŞ-ı da görmək istərdik

Novak: Vyana toplantısında ABŞ-ı da görmək istərdik

XXIII Ümumdünya Enerji Konqresində iştirak edən OPEK üzvü olan və olmayan bəzi ölkələrin Energetika nazirləri İstanbulda toplantı keçirib.

Ucarliyiq.biz-ın məlumatına görə, APA-nın Türkiyə müxbiri xəbər verir ki, toplantının iştirakçıları sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-formal görüşdən sonra neftin hasilatı və qiyməti ilə bağlı görülmüş və görüləcək tədbirləri müzakirə edib. 

Görüşdə İran və Səudiyyə Ərəbistanı kimi iri bazar oyunçularının nümayəndələri iştirak etməyib.

Toplantıdan sonra Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib ki, Vyana toplantısı ərəfəsində İstanbulda keçirilən görüş çox faydalıdır: 

“Sentyabrda Əlcəzairdə keçirilən toplantıdan sonra neftin hasilatı ilə bağlı önəmli dəyərləndirmələr etdik. Bazarın digər önəmli oyunçularını, xüsusilə də ABŞ-ı oktyabr 29-da Vyanada keçirəcək toplantıda görmək istərdik”.


ucarliyiq.biz