» » Saakaşvili Odessada fövqəladə vəziyyət elan edib

Saakaşvili Odessada fövqəladə vəziyyət elan edib

Saakaşvili Odessada fövqəladə vəziyyət elan edib

Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili qasırğa səbəbiylə regionda fövqəladə vəziyyət elan edib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, o, bu barədə “Facebook”dakı səhifəsində yazıb.

“Güclü külək səbəbindən ağacların və elektrik xətlərinin qırılması üç nəfərin, o cümlədən 11 yaşlı uşağın ölümünə səbəb olub. 100-dən çox yaşayış məntəqəsi elektrik enerjisiz qalıb. Vilayət administrasiyası yanında fövqəladə vəziyyət üzrə qərargah fəaliyyət göstərir.

Məktəblərdə dərsləri ləğv etməyi, təbii fəlakətin təsir etdiyi bütün rayonlardakı dövlət müəssisələrində işə gəlişi məhdudlaşdırmağı tövsiyə edirik. Yalnız fövqəladə hallar üzrə xidmətin əməkdaşları və rayonların həyat fəaliyyətini təmin edən vətəndaşların işləməsi məsləhətdir”, - M.Saakaşvili yazıb.

O, həmçinin küləyin sürəti aşağı düşənə qədər vətəndaşları evdən çıxmamağa çağırıb.