» » Şotlandiya müstəqillik haqqında referendum keçirmək planlarını elan edib

Şotlandiya müstəqillik haqqında referendum keçirmək planlarını elan edib

Şotlandiya müstəqillik haqqında referendum keçirmək planlarını elan edib

Böyük Britaniya Avropa İttifaqından çıxana qədər Krallıqda Şotlandiyanın müstəqilliyi haqqında yeni referendum keçirilə bilər.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə Şotlandiya Milli Partiyasının (SNP) qurultayında partiyanın lideri və Şotlandiyanın birinci naziri Nikola Stercen bildirib.

“Bilirsiniz ki, Şotlandiya hökumətinə yeni referendum barədə ilkin qanun layihəsi hazırlamağı tapşırmışam. Şotlandiyanın maraqlarının müdafiəsi üçün bu məsələni Böyük Britaniya Avropa İttifaqından çıxana qədər həll etməyə çalışıram”, - deyə N.Stercen çıxışında vurğulayıb.

Xanım diplomat yeni referendum haqqında qanun layihəsinin məsləhətləşmələr üçün gələn həftə nəşr olunacağını bildirib.

Qeyd edək ki, Böyük Britaniya Aİ-dən çıxış prosesinə rəsmi olaraq gələn ilin mart ayından başlayacaq və proses iki ilə yaxın davam edəcək.

ucarliyiq.biz