» » BMT-nin yeni baş katibi seçildi

BMT-nin yeni baş katibi seçildi

BMT-nin yeni baş katibi seçildi

Ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, bu portuqaliyalı siyasətçi Antoniu Qutterişdir. O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.

Qeyd edək ki, ötən həftə BMT TŞ A.Qutterişin bu vəzifəyə təyin olunması ilə bağlı Baş Assambleyaya tövsiyə məktubu göndərib.

1949-cu il təvəllüdlü Antoniu Qutteriş 2005-ci ilin iyunundan 2015-ci ilin dekabrına kimi BMT-nin qaçqınlar üzrə ali komissarı vəzifəsini daşıyıb.  

O həmçinin 1995-2005-ci illərdə Portuqaliyanın baş naziri olub.