» » ABŞ-da “Metyu” qasırğası 42 nəfərin həyatına son qoyub

ABŞ-da “Metyu” qasırğası 42 nəfərin həyatına son qoyub

ABŞ-da “Metyu” qasırğası 42 nəfərin həyatına son qoyub

ABŞ-ın cənub-şərq hissəsində tüğyan edən “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb. Bundan əvvəl 38 nəfərin öldüyü bildirilirdi.

Ucarliyiq.biz-ın CBSN telekanalına istinadən verdiyi xəbərə görə, ən çox ölüm halları Şimali Karolina ştatında qeydə alınıb. Orada oktyabrın 7-dən bu vaxtadək 22 nəfər təbii fəlakətin qurbanı olub.

Qasırğanın ABŞ ərazisini beş gündür tərk etməsinə baxmayaraq, 43700 istehlakçı hələ də işıqsız qalmaqdadır. Bir neçə yaşayış məntəqəsi tamamilə su altında qalıb.   

Qeyd edək ki, “Metyu” 2007-ci ildən bu vaxtadək Atlantik okeanda baş verən ən güclü qasırğadır.