» » Antalyada partlayış olub - VİDEO

Antalyada partlayış olub - VİDEO

Antalyada partlayış olub - VİDEO

Türkiyənin turizm bölgələrindən olan Antalya vilayətində partlayış törədilib.

Ucarliyiq.biz-ın NTV-yə istinadən verdiyi xəbərə görə, Kəmər rayonunda balıqçıların müvəqqəti yaşadığı binaya üç qumbaraatan mərmi atılıb. 

Əraziyə xeyli təcili tibbi yardım maşını və xüsusi təyinatlı polis dəstəsi cəlb olunub. Polis əməkdaşları hava limanına çatan zaman daha bir partlayış səsi eşidilib. Ərazidə irimiqyaslı əməliyyat başlayıb.