» » Baba Vəziroğlu etiraf etdi: "Məni ancaq ona verin" - VİDEO - FOTO

Baba Vəziroğlu etiraf etdi: "Məni ancaq ona verin" - VİDEO - FOTO

Baba Vəziroğlu etiraf etdi: "Məni ancaq ona verin" - VİDEO - FOTO

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan əməkdar incəsənət xadimi Baba Vəziroğlu maraqlı açıqlamalar verib.

B.Vəziroğlu sözlərini yazdığı, tez bir zamanda xeyli populyarlaşan "Xatirədir" mahnısından danışıb:
"Mahnı şairin əsəri deyil. Mahnı ən azı 3 müəllifin birgə əsəridir. Bizim bu mahnını Avropa Psixoloqlar Assosiasiyası müalicə proqramına daxil edib. Adamlar bizə deyirdilər ki, səhəri bu mahnı ilə açıb, gecəni bununla qapadıram. Bu təriflər məni sevindirirdi".

Daha sonra şair Alim Qasımovla olan dostluğundan da söz açıb:
"Bəstəkar Kamalla "İlahi" mahnısını yazanda düşündük ki, bu mahnını Alim Qasımovdan başqa adam oxuya bilməz. Sanki mahnı özü deyirdi ki, məni ancaq ona verin. Alim Qasımov da bu mahnını oxuduqdan sonra ona bir başqa yaraşdı. İkinci mahnını isə şəxsən Alim Qasımov üçün yazdıq". (Milli.az)

Baba Vəziroğlu etiraf etdi: "Məni ancaq ona verin" - VİDEO - FOTO