» » Avropa İttifaqı rəsmisi: Azərbaycan qazı 2020-ci ildə Avropaya nəql olunacaq

Avropa İttifaqı rəsmisi: Azərbaycan qazı 2020-ci ildə Avropaya nəql olunacaq

Avropa İttifaqı rəsmisi: Azərbaycan qazı 2020-ci ildə Avropaya nəql olunacaq

“Cənubi Qaz Dəhlizi” layihəsi həm Azərbaycan, həm də Avropa İttifaqı (Aİ) üçün çox vacibdir”.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramının ikitərəfli əməkdaşlıq üzrə şöbəsinin rəhbəri Dirk Şuebel deyib.

Onun sözlərinə görə, bu məsələ Azərbaycan-Aİ əməkdaşlığı üzrə 4-cü alt komitənin dekabrda keçirilən iclasında müzakirə olunacaq.

Aİ rəsmisi TAP layihəsinin tikintisi ilə bağlı İtaliya daxilində narazılıqlara da toxunub: “Bu məsələni, ilk növbədə, TAP-la layihəyə aidiyyəti olan ölkələr aydınlaşdırmalıdır.

Ən əsası isə İtaliya hökuməti ilə regional administrasiyalar razılığa gəlməlidir. Mən bu məsələdə nikbinəm. Ümid edirəm ki, 2020-ci ildə ilk Azərbaycan qazı Aİ-yə nəql olunacaq”.


ucarliyiq.biz