» » Çavuşoğlu: Malayziya FETÖ-nün üç üzvünü Türkiyəyə təhvil verib

Çavuşoğlu: Malayziya FETÖ-nün üç üzvünü Türkiyəyə təhvil verib

Çavuşoğlu: Malayziya FETÖ-nün üç üzvünü Türkiyəyə təhvil verib

“Malayziya Fətullahçı Terror Təşkilatının (FETÖ) üç üzvünü Türkiyəyə təhvil verib”. 

Ucarliyiq.biz-ın Report-a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, ötən həftə Malayziyanın baş naziri ilə Tailandın paytaxtı Banqkok şəhərində keçirilmiş Asiya Əməkdaşlıq Dialoq Assambleyasının toplantısı çərçivəsində görüşü olub:

“Mənə 3 nəfəri təhvil verəcəklərini bildirdilər. Bununla bağlı prezidentimizə, baş nazirimizə məlumat verdim. Qarşılıqlı təmaslardan sonra oktyabrın 13-də FETÖ üzvlərini Türkiyəyə təhvil verdilər. Banqkokdakı tədbirə də onlardan biri sızmışdı, müdaxiləmizdən sonra bayıra çıxartdılar”. 

A.S.
ucarliyiq.biz