» » Pakistanda iki avtobus toqquşub: Ölənlər var

Pakistanda iki avtobus toqquşub: Ölənlər var

Pakistanda iki avtobus toqquşub: Ölənlər var

Pakistanda iki avtobusun düşdüyü qəza nəticəsində 30 nəfər ölüb, daha 66 nəfər yaralanıb.

Ucarliyiq.biz bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.  

Qeyd edilir ki, bazar ertəsi səhər saat 06:00 radələrində Rahimyarxan dairəsinin Pəncab əyalətinin Xanpura şəhərində iki avtobus toqquşub. 

Xilasedicilərin məlumatına görə, avtobuslardan biri Karaçi şəhərindən Bahavalpur şəhərinə, ikinci avtobus isə Sadikabada gedirdi. 

Zərərçəkənlərin hamısı yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb. Həkimlər onlara lazımi yardım göstərirlər. 


ucarliyiq.biz