» » İraqda Mosulun azad edilməsi üzrə əməliyyat başladı

İraqda Mosulun azad edilməsi üzrə əməliyyat başladı

İraqda Mosulun azad edilməsi üzrə əməliyyat başladı

İraqın baş naziri Hayder əl-Abadi “İslam dövləti” terror qruplaşmasının yaraqlıları tərəfindən zəbt edilmiş Mosul şəhərinin dövlət nəzarətinə qaytarmaq məqsədi ilə hərbi əməliyyatın başlanmasını elan edib.

Ucarliyiq.biz bu barədə xarici KİV-ə istinadən məlumat yayıb. 

“Qələbə vaxtı çatıb, Mosulun azad edilməsi üzrə əməliyyat başlayıb”, - Abadi oktyabrın 17-də dövlət televiziyasında çıxışı zamanı bildirib. 

İraqın ikinci böyük şəhərini nəzarət altına qaytarmaq üzrə əməliyyat bir neçə ay ərzində planlaşdırılıb. Mosul uğrunda döyüş İraq ərazisində 2011-ci ildən Amerika qoşunlarının ölkədən çıxdığı dövrdən indiyə qədər ən irimiqyaslı hərbi əməliyyat olacaq. Əməliyyatın uğurlu keçdiyi halda, bu, İraq və qonşu Suriya ərazisinin bir hissəsinə nəzarət edən ekstremist qrupuna ən güclü zərbə olacaq. 

Mosul 2014-cü ilin iyun ayından “İslam dövləti” qruplaşmasının nəzarəti altındadır. BMT hərbi əməliyyatın humanitar vəziyyətə təsiri Mosul və şəhər ətrafında yaşayan 1 milyon 200 min adamın taleyinə böyük təsir edə biləcəyinə dair xəbərdarlıq edib.  


ucarliyiq.biz