» » ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Mosula hücum əməliyyatına qoşuldu

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Mosula hücum əməliyyatına qoşuldu

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Mosula hücum əməliyyatına qoşuldu

ABŞ-ın rəhbərlik etdiyi koalisiya “İslam dövləti” (İŞİD) terror qruplaşmasına qarşı İraqın ikinci böyük şəhəri Mosulun azad edilməsi üzrə əməliyyatda iştirak edəcək.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb. 

“İraq hökuməti və kürd dəstələri ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın yerdən və aviasiya dəstəyi ilə bazar ertəsi səhər Mosulun İŞİD yaraqlılarından azad edilməsi istiqamətində koordinasiyalı hərbi əməliyyata başlayıblar”, - məlumatda deyilir. 

Agentliyin müxbiri hadisə yerindən verdiyi məlumatda Mosul istiqamətində hərəkət edən İraq, kürd və Amerika qüvvələrinin karvanını gördüyünü bildirib.

Amerika aviasiyası təmas xəttində tüstü buludu yaradıb, artilleriya kanonadası eşidilir. 


ucarliyiq.biz