» » Rusiya Suriyada “Azərbaycan tabor”unun məhv edilməsi barədə məlumatı təkzib etdi

Rusiya Suriyada “Azərbaycan tabor”unun məhv edilməsi barədə məlumatı təkzib etdi

Rusiya Suriyada “Azərbaycan tabor”unun məhv edilməsi barədə məlumatı təkzib etdi

“Mənim aviazərbələr barədə xəbərim yoxdur”

Rəsmi Moskva Rusiya aviasiyasının Suriyada “İraq Şam İslam Dövləti”nin (İŞİD) mövqelərinə zərbələr endirməsi ilə bağlı məlumatları təkzib edib.

ucarliyiq.biz İnterfax-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Mənim aviazərbələr barədə xəbərim yoxdur”, - Kremlin rəsmi nümayəndəsi deyib.

Peskov qeyd edib ki, Suriya məsələsində hələlik söhbət yalnız koordinasiya mexanizmlərinin yaradılmasından gedir. 

Onun sözlərinə görə, növbəti qərarlar vəziyyətin necə dəyişməsindən asılı olaraq veriləcək.

Xatırladaq ki, bundan əvvəl ərəb mətbuatı Rusiya aviasiyasının Suriyanın Hələb şəhərində İŞİD və “Əhrar əş-Şam” döyüşçülərinin mövqələrinə zərbələr endirməsi barədə məlumat vermişdi.

Hücum zamanı komandiri ilə birlikdə “Azərbaycan tabor”u məhv edildiyi bildirilmişdir..