» » Bağdadda terror aktı nəticəsində 10 nəfər ölüb

Bağdadda terror aktı nəticəsində 10 nəfər ölüb

Bağdadda terror aktı nəticəsində 10 nəfər ölüb

Bağdadın cənub hissəsində keçid məntəqəsində minalanmış avtomobilin partlaması nəticəsində 10 nəfər ölüb, daha 25 nəfər isə yaralanıb. 

Ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, partlayış postdan şiə zəvvarların hərəkəti zamanı baş verib. Onların arasında xəsarət alanların sayı daha çoxdur. 

Hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. 

Terror aktı “İslam dövləti” yaraqlılarının nəzarət etdikləri İraqın ikinci böyük şəhəri Mosulun azad edilməsi üzrə oktyabrın 17-də başlanan əməliyyat ilə bağlı ola bilər. 

Hücumda İraqın müntəzəm ordusunun, kürd dəstələri, şiə qruplaşmaları, eləcə də ABŞ-ın xüsusi təyinatlıları iştirak edir. Missiyaya ümumilikdə 60 min döyüşçü cəlb edilib. 

Yaraqlıların mövqelərinə quruda Amerika artilleriyası, havadan isə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın təyyarələri zərbələr endirir.

Müxtəlif məlumatlara görə, Mosulda üç mindən doqquz minə qədər İŞİD yaraqlısı yerləşir. 


ucarliyiq.biz