» » Yunanıstanda polis və mühacirlər arasında qarşıdurma

Yunanıstanda polis və mühacirlər arasında qarşıdurma

Yunanıstanda polis və mühacirlər arasında qarşıdurma

Yunanıstanın Oreokastro şəhəri yaxınlığında bazar günü polis və mühacirlər arasında qarşıdurma baş verib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “France-Press” agentliyi polisdəki mənbəyə istinadən məlumat yayıb. 

Polis etiraz aksiyasını dağıtmaq üçün işıq-səs qumbaralarından istifadə edib. Aksiyada onlarla mühacir iştirak edib. Agentliyin məlumatına görə, mühacirlər hüquq-mühafizə orqanı əməkdaşlarına daş atıb, zibil qutularını yandırıblar. Agentliyin həmsöhbəti bildirib ki, polis asayişi bərpa edə bilib. 

Etiraz aksiyası Suriyadan olan qaçqınların zərərçəkdiyi yol qəzasından sonra baş verib. İlkin məlumata görə, avtomobil 35 yaşlı suriyalı qadını və onun 10 yaşlı oğlunu əzib. Avtomobilin sükanı arxasında olan yaşlı yunan saxlanılıb.   


ucarliyiq.biz