» » Parisdə polislər etiraz aksiyası keçiriblər

Parisdə polislər etiraz aksiyası keçiriblər

Parisdə polislər etiraz aksiyası keçiriblər

Xuliqanlarla davada polisin xəsarət almasından sonra 500-ə yaxın fransız polisi Parisin mərkəzində etiraz aksiyası keçirib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. 

Eson departamentinin Viri Şatiyon kommunasında oktyabrın 8-də 15 gəncdən ibarət qrup ilə asayiş keşikçiləri arasında dava düşüb. Polislər avtomobillərin tez-tez qaçırıldığı təhlükəli kəsişmədə quraşdırılmış müşahidə kamerasını qoruyurdular. Yerli gənclər onu məhv etməyə çalışıblar. Hadisə nəticəsində 28 yaşlı polis Vensan əlləri və bədənində ciddi yanıq yaraları alıb. Onu süni koma vəziyyətinə salıblar. Hazırda o, Parisdə Sen-Lui xəstəxanasındadır.  

Telekanalın məlumatına görə, Vensana dəstək üçün keçirilən etiraz aksiyası bazar ertəsi axşam saatlarında baş tutub. Hüquq-mühafizə orqanları nümayəndələri fransız paytaxtının əsas küçələrindən keçərək sirenaları qoşublar. Telekanal nümayişin birdən-birə, gözlənilmədən keçirildiyini bildirib.  


ucarliyiq.biz