» » KİV: UNESKO Qüds üzrə qətnamə qəbul edib

KİV: UNESKO Qüds üzrə qətnamə qəbul edib

KİV: UNESKO Qüds üzrə qətnamə qəbul edib

BMT-nin Maarif, Elm və Mədəniyyət Məsələləri Təşkilatı (UNESKO) Qüds üzrə qətnamə qəbul edib.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə AFR agentliyi məlumat yayıb. 

Qətnamənin layihəsinin təsdiqlənməsi keçən həftə bu beynəlxalq təşkilatda üzvlüyünü dayandıran İsrail tərəfindən etirazlara səbəb olub.

Oktyabrın 14-də UNESKO işləri üzrə İsrail komissiyasının rəhbəri, yəhudi dövlətinin təhsil naziri Naftali Bennett BMT-nin bu ixtisaslaşdırılmış idarəsi ilə bütün işgüzar əlaqələri dondurmaq barədə qərar qəbul edib. Bu qərar Qüdsdə müqəddəs yerlərə dair status-kvonu təmin edilməsində öhdəçiliklərin pozulduğuna görə İsrailin pislənməsinə dair sənədin layihəsinin qəbul edilməsinə cavab addımı idi. 


ucarliyiq.biz