» » Müdafiə Nazirliyi: Ermənistan hücum silahları alır

Müdafiə Nazirliyi: Ermənistan hücum silahları alır

Müdafiə Nazirliyi: Ermənistan hücum silahları alır

Bu gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti Artsrun Ovannisyan jurnalistlərlə görüş zamanı Ermənistan tərəfindən son dövrdə alınan silahlara dair bəzi məqamları açıqlayıb. 

“Tədarük edilən istənilən yeni növ hərbi texnika ilə balans dəyişir, sırf “İsgəndər” sistemlərinə köklənmək lazım deyil. Bu sistemlər bizim arsenalın yalnız bir hissəsidir. Məsələ yalnız silahlanmada deyil, eləcə də şəxsi heyətdədir. Ona görə də diqqəti məhz buna cəmləmək lazım deyil.

Ermənistan sürətlə yeni növ silahlar alır. Onların əksər hissəsi hücum xarakterli, bəziləri isə müdafiə xarakterli olacaq. Bütün bu silahlanma balansı dəyişir, bizim döyüş qabiliyyətliliyimizi artırır. Əlbəttə, Azərbaycan da yerində saymır. Onlar da silahlanırlar”, - Ovannisyan bildirib. 

ucarliyiq.biz