» » Haitidə humanitar yardım olan gəmini boşaltmağa qorxdular

Haitidə humanitar yardım olan gəmini boşaltmağa qorxdular

Haitidə humanitar yardım olan gəmini boşaltmağa qorxdular

Humanitar yardım yüklənmiş holland gəmisi Haitidən boşaldılmadan qayıdıb. 

Ucarliyiq.biz Euronews-a istinadən xəbər verir ki, heyət yerli hakimiyyəti təhlükəsizlik qaydalarına və gəmilərə xidmət normalarına riayət etməməkdə ittiham edib. Limanda humanitar yardımı yerində almaq istəyən yüzlərlə insan gözləyirdi. 

Gəmiçilər bunun sıxlığa, hətta davaya səbəb olacağını düşünüblər. 

Gəminin göyərtəsində 35 ton “Metyu” qasırğasından zərərçəkən insanlar üçün qida, geyim, gigiyena vasitələri var idi. 


ucarliyiq.biz