» » Pentaqon: İŞİD Mosul sakinlərindən “canlı qalxan” kimi istifadə edir

Pentaqon: İŞİD Mosul sakinlərindən “canlı qalxan” kimi istifadə edir

Pentaqon: İŞİD Mosul sakinlərindən “canlı qalxan” kimi istifadə edir

“İslam dövləti” qruplaşmasının yaraqlıları Mosulun dinc sakinlərindən “canlı qalxan” kimi istifadə edirlər. 

Ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, bu barədə pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bəyan edib. 

Devisin sözlərinə görə, yaraqlılar dinc sakinləri “güclə” şəhərdə saxlayırlar. 

“Son gün ərzində biz heç bir dəyişiklik görməmişik, insanlar şəhəri tək etmirlər və oradan qaçmırlar. Biz onların “canlı qalxan” kimi istifadə olunduqlarını bilirik”, - o, deyib. 

İŞİD yaraqlıları artıq dinc sakinlərdən “canlı qalxan” kimi avqustda Suriyanın Manbic şəhərini tərk edərkən istifadə etmişdilər. 

Şəhərdə neçə nəfərin olduğu barədə dəqiq məlumat yoxdur. 


ucarliyiq.biz