» » Qazaxıstan məktəblərində hicab qadağan edildi

Qazaxıstan məktəblərində hicab qadağan edildi

Qazaxıstan məktəblərində hicab qadağan edildi

Oktyabrın 19-da Qazaxıstan məktəblərində eyni anda üç nazirlik tədris müəssisələrində dini atributlardan istifadənin qadağan edilməsindən danışıb.

Ucarliyiq.biz fergananews.com-a istinadən xəbər verir ki, bu barədə Astanada xüsusi brifinqdə Qazaxıstanın Təhsil və elm nazirinin müavini Elmira Subhanverdiyeva bildirib. 

Təhsil və elm nazirliyi, Vətəndaş cəmiyyətində dini işlər üzrə nazirliyi və Ədliyyə nazirliyinin təşkil etdiyi vahid məktəb formasına dair müzakirə keçirib. Bu müzakirə bir neçə məktəbdə vahid məktəb forması qaydalarını pozularaq bəzi qızların dərsə hicabda gəlməsinə dair valideynlərin narahatlığına reaksiya idi. 

Qazaxıstanın təhsil və elm nazirliyinin hazırladığı məlumatda məktəblərdə bu və ya digər dinin birbaşa təbliğatı yolverilməz olduğu bildirilir. 

“Dini atributların, geyimin, baş örtülərinin (hicab, papaq) geyinilməsinə indiyə qədər yol verilməyib, bundan sonra da bu yolverilməz olacaq”, - Subhanverdiyeva brifinqdə bildirib.  

Qeyd edək ki, Təhsil və elm nazirliyi 2016-cı il 14 yanvar tarixli əmrlə vahid məktəb forması qaydaları tətbiq edənə qədər, resbublika qanunlarına görə, tədris müəssisələrində dini atributların istifadəsi qadağan edilmirdi.

N.О.
 
ucarliyiq.biz