» » Bakı su altında qalacaq?– FOTO + VİDEO

Bakı su altında qalacaq?– FOTO + VİDEO

Bakı su altında qalacaq?– FOTO + VİDEO

Bu gün alimlər tez-tez atmosferdə karbon qazının miqdarının artımı haqqında təhlükəli siqnallar verirlər. Bu, ehtimal ki, planetdə temperaturun səviyyəsinin artmasına səbəb olacaq. Əgər temperatur artarsa, buzlar əriməyə başlayacaq.

Yer kürəsində buzun böyük həcmi var: 24 milyon kub kilometr. Buz demək olar ki, qurudakı bütün səht sularından 32 dəfə daha çoxdur. Əgər bütün buz kütləsi əriyərsə, Yer kürəsi necə görünəcək?

Ümumilikdə, Sidney, Sankt-Peterburq, London, Amsterdam, Kopenhagen, Nyu-York, Boston, Los-Anceles, San-Fransisko, Rio de Janeyro, Buenos-Ayres, Dakar, Tripoli, Bağdad, Kəlküttə, Mumbay, Honkong, Şanxay və Tokio kimi şəhərlər su altında qalacaq. Azərbaycanın paytaxtı Bakı şəhəri və Aran hissəsinin xeyli hissəsi də su altında qalacaq.

Ucarliyiq.biz Publika.az-a istinadən buzların əriməsindən ayrı-ayrı qitələrin necə zərər gördüyünü fotolar və video ilə təqdim edir:

Avropa

Bakı su altında qalacaq?– FOTO + VİDEO

Sankt-Peterburq su altında qalacaq. Fin körfəzi Böyük Novqorod və Pskova qədər uzanacaq. Qara və Xəzər dənizlərində suyun səviyyəsi yüksələcək, iki dənizi birləşdirən kanal yaranacaq.

Qafqaz Asiyadan ayrılmış olacaq, Krım yarımadası adaya çevriləcək. Su bütün Baltikyanı, Niderland və Danimarkanı batıracaq. Çox gözəl Venesiya sualtı muzey olacaq.

Şimali Amerika

Bakı su altında qalacaq?– FOTO + VİDEO

Qitənin şərq sahili su altında qalacaq, Florida ştatı yox olacaq.

Kuba praktik olaraq su altında gizlənəcək. Ən az zərəri ABŞ-ın qərb sahili çəkəcək.

Cənubi Amerika

Bakı su altında qalacaq?– FOTO + VİDEO

Okeanın suları Amazonka çayının yatağı üzrə axacaq və yataq dəniz körfəzinə çevriləcək.

Qitənin Qərb dağlıq rayonları praktik olaraq zərər çəkməyəcək. Təşəkkür And dağlarına!

Avstraliya

Bakı su altında qalacaq?– FOTO + VİDEO

Avstraliyada inanılmaz hadisə baş verəcək. Səhra dənizə çevriləcək.

Asiya

Bakı su altında qalacaq?– FOTO + VİDEO

Şanxay, Pekin və Sinqapur batacaq. Kamboca sadəcə adalar qrupu olacaq.

Hindistanda Amazon ssenarisi kimi Qanq çayının yatağı ilə okean axacaq və sıx məskunlaşmış ərazilər su altında qalacaq.

Afrika

Bakı su altında qalacaq?– FOTO + VİDEO

Qitə digər qitələrlə müqayisədə daha az ərazi itirəcək. Amma Qahirə və İskəndəriyyə yox olacaq.

Antarktida

Bakı su altında qalacaq?– FOTO + VİDEO

Buzun əriməsi ilə soyunan Antarktidada böyük və kiçik adaların tam arxipelaqı yaranacaq.

ucarliyiq.biz