» » Berlində “Normand dördlüyünün” liderlərinin danışıqları başa çatıb

Berlində “Normand dördlüyünün” liderlərinin danışıqları başa çatıb

Berlində “Normand dördlüyünün” liderlərinin danışıqları başa çatıb

“Normand dördlüyünün” liderlərinin Berlindəki görüşü başa çatıb. Donbasda vəziyyətin nizamlanması üzrə Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin danışıqları təxminən beş saat çəkib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Daha sonra Rusiya prezidenti Vladimir Putinin fransız həmkarı Fransua Olland və Almaniya kansleri Angela Merkel ilə Suriya böhranını müzakirə edəcəkləri gözlənilir. 

Çərşənbə günü brifinqdə Almaniyanın rəsmi nümayəndəsi Şteffan Zaybert vurğulayıb ki, alman hökuməti Ukryana və Suriya nizamlanması mövzusunu separat vəziyyət kimi nəzərdən keçirsə də, “hər iki məsələdə Rusiya danışıqlar üzrə lazımi tərəfdaş kimi qalır”.  

Bütün danışıqların nəticələrinə görə, Fransa və Almaniyanın liderlərinin mətbuat konfransı və Rusiya prezidentinin brifinqi gözlənilir. 


ucarliyiq.biz