» » Dağıstanda iki poçtalyon güllələndi və qarət edildi

Dağıstanda iki poçtalyon güllələndi və qarət edildi

Dağıstanda iki poçtalyon güllələndi və qarət edildi

Dağıstanın Qumbetov rayonunda naməlum şəxslər təqaüd paylayan iki poçtalyonu güllələyərək qarət ediblər. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə oktyabrın 20-də respublikanın güc strukturlarında olan mənbəyə əsasən TASS məlumat yayıb.

Qarət edilən məbləğ 20 milyon rubla bərabərdir. 

Cinayət Natux kəndi yaxınlığında yol kənarında baş verib.

“Təqaüd paylamaqla məşğul olan ər və arvadın olduğu maşın atəşə tutulub. Onlar aldıqları yaralardan keçiniblər”, - mənbə bildirib. Ölənlərin kimliyi müəyyənləşdirilir. 

RİA Novosti-nin məlumatına görə, poçtalyonlar “Land Cruiser” avtomobilində olublar. 

[/b]
[b]ucarliyiq.biz