» » Poroşenko BMT-də Qarabağdan danışdı

Poroşenko BMT-də Qarabağdan danışdı

Poroşenko BMT-də Qarabağdan danışdı

“Rusiya öz ətrafında qeyri stabil zolaq yaradıb”.

BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasında çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko növbəti dəfə Rusiyanı beynəlxalq və regional səviyyədə sülhə xələl gətirməkdə günahlandırıb.

ucarliyiq.biz modern.az-a istinadən bildirir ki, Ukrayna dövlət başçısının fikrincə, Moskva öz ərtafında 10 il müddətində qeyri stabil zolaq yaratmaq niyyətindədir.

“24 il ərzində Rusiya təkcə hibrid müharibəsi aparmayıb, Rusiya 10 il ərzində öz ətrafında qeyri stabil zolaq yaradıb – Qarabağ, Dnestryanı, Krım. Kreml irəli gedir. İndi Rusiyanın “yaşıl adamcıqları” Suriyada peyda olublar. Növbəti hara və kim olacaq?”, - Poroşenko qeyd edib.

Bundan əlavə, ukraynalı siyasətçi bəyan edib ki, Rusiya onun ölkəsinə qarşı müharibə aparır. Poroşenkonun sözlərinə görə, Moskva hərbi əməliyyatları rəsmən etiraf etməkdən boyun qaçırır.