» » Çində neft tankerinin göyərtəsində silsilə partlayışlar baş verib

Çində neft tankerinin göyərtəsində silsilə partlayışlar baş verib

Çində neft tankerinin göyərtəsində silsilə partlayışlar baş verib

Çinin Haynan əyalətində limanda 3400 ton neft daşıyan tankerin göyərtəsində bir neçə partlayış baş verib, bir nəfər itkin düşüb.

Ucarliyiq.biz xəbər verir ki, KİV-də yayılan məlumata əsasən, hadisə cümə axşamı günorta saatlarında Dunfan şəhərində gəmi boşaldılarkən baş verib. Hadisə zamanı tankerdə 17 nəfər olub, onlardan 11-i oradan çıxa bilib, qalan altı nəfər isə tankerdə sıxışıb qalıb. 

Hadisə yerinə 9 xilasedici briqada gəlib. Onlar beş dənizçini xilas ediblər, bir nəfər itkin düşüb. 

Xilasedicilərin məlumatına görə, mühərrik bölməsində üç partlayış baş verib. Hazırda yanğınsöndürənlər gəmidə işə davam edirlər. Neftin dağılması haqqında məlumat yoxdur. 


ucarliyiq.biz