» » “Cəbhət ən-Nüsra” Hələbdə sülh dəhlizinə atəş açdı

“Cəbhət ən-Nüsra” Hələbdə sülh dəhlizinə atəş açdı

“Cəbhət ən-Nüsra” Hələbdə sülh dəhlizinə atəş açdı

Suriyanın Hələb şəhərində Bustan-əl-Kasr rayonunda “Cəbhət Fəth əş-Şam” (keçmiş “Cəbhət ən-Nüsra”) və “Axrar aş-Şam” qruplaşmasının yaraqlıları minaatanların və atıcı silahların yardımı ilə humanitar dəhlizi atəşə tutublar.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə oktyabrın 20-də “Al Mayadeen” telekanalı məlumat yayıb. 

Ekstremistlər dinc əhaliyə və silahı yerə qoyan yarqlılara şəhəri tərk etməyə imkan vermirlər. TASS agentliyinin məlumatına görə, Suriya ordusunun hərbçiləri bu təxribatlara uymurlar və ciddi şəkildə atəşkəs rejiminə riayət edirlər. 

Yerli sakinlərin və silahsız yaraqlıların əksəriyyəti Hələbdən gecə çıxmağa başlayıblar. Onların arasında xəstə və yaralılar var. Onları müvəqqəti sığınacaq yerinə Qırmızı Ayparanın Suriya icmasının könüllüləri və hərbçiləri müşayiət edirlər.  

Oktyabrın 18-də Rusiya HKQ və Suriya hökumət qoşunları tərəfindən hərbi əməliyyatların dayandırılması elan edilmişdi. Humanitar dəhlizlər Suk-əl-Heyr bazarı və Duvvar-Candul dairəsində açılıb. 


ucarliyiq.biz