» » Terrorçular İraqda elektrik stansiyasına hücum etdilər: Ölənlər var

Terrorçular İraqda elektrik stansiyasına hücum etdilər: Ölənlər var

Terrorçular İraqda elektrik stansiyasına hücum etdilər: Ölənlər var

Cümə günü terrorçuların İraqda elektrik stansiyasına hücumu nəticəsində ən azı 16 nəfər ölüb.

Ucarliyiq.biz bu barədə France-Pressə istinadən xəbər verir. 

Hadisə Kirkur əyalətinin Dibis şəhərində baş verib.

“Terrorçu-kamikadzelər səhər saat 6 radələrində hücum ediblər, 12 iraqlı və dörd iranlı işçi ölüb”, - agentlik şəhər meri Abdulla Nürəddin əl-Salehinin sözlərindən sitat gətirib. 

Agentliyin məlumatına görə, elektrik stansiyasının operatoru İran şirkətlərindən biridir. 


ucarliyiq.biz