» » Lukaşenko: Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarını qəbul etməyə hazırdır

Lukaşenko: Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarını qəbul etməyə hazırdır

Lukaşenko: Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarını qəbul etməyə hazırdır

Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarını qəbul etməyə hazırdır.

Ucarliyiq.biz Belta-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti vəzifəsini icra edən Janez Kosijancic ilə görüşdə deyib.

Dövlət başçısı AOK-un Belarusun dəstəyinə ümid edəcəyini bildirib. 

“Bu təşkilat çərçivəsində bizim ölkədə istənilən tədbiri keçirmək arzunuz olarsa, biz sizin təşkilatı dəstəkləməyə və istənilən tədbiri təşkil etməyə hazırıq”, - prezident əmin edib. 

“Biz sizinlə tarixi qərar qəbul etdik və 2019-cu ildə bu oyunlarda Avropa idmançılarını bir yerə yığacağıq”, - Aleksandr Lukaşenko bəyan edib. 

Lukaşenko bəzi detalların müəyyənləşdirilməsində tələsməməyə çağırıb. 

“Mən burada mümkün qədər çox idmançının iştirak etməsinin tərəfdarıyam. Bu, onların bayramıdır. Burada nə qədər çox idman növü üzrə yarış keçirsək, həmin idman növləri bir o qədər inkişaf edəcək”, - prezident deyib.

[/b]

[b]ucarliyiq.biz