» » Naxçıvan-Məşhəd dəmir yolu hazırdır

Naxçıvan-Məşhəd dəmir yolu hazırdır

Naxçıvan-Məşhəd dəmir yolu hazırdır

İranla Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat, tibb, gömrük, standartlaşdırma, tranzit, nəqliyyat sahələrində əməkdaşlığı ötən iki ildə qarşılıqlı əlaqələrin əsas hissəsini özündə ehtiva edən önəmli sahələrdir.
Ucarliyiq.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrım mətbuata açıqlamasında deyib.

Baş konsul Naxçıvan tərəfinin Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazır olduğunu bildirib. O əlavə edib ki, İran tərəfinin hazır olması ilə İran və Azərbaycan vətəndaşlarının gediş-gəlişinin artmasına səbəb olacaq bu dəmir yolunun açılış mərasimi keçiriləcək.