» » Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas edib – FOTO

Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas edib – FOTO

Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas edib – FOTO

Türkiyə Hərbi Dəniz Qüvvələri mühərrikinin sıradan çıxması səbəbindən Qara dənizdə sürüklənən yük gəmisinin heyət üzvü olan azərbaycanlı dənizçini xilas edib.

Ucarliyiq.biz-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Tuzla limanından Ukraynanın Sevastopol limanına yollanan Panama bayraqlı “M/V FOM” yük gəmisinin heyəti oktyabrın 21-də həyəcan siqnalı verərək yardım istəyib.

Qara dənizdəki Ereğli limanından 70 mil şimalda olan gəminin heyətinin xilas edilməsi üçün Türkiyə Hərbi Dəniz Qüvvələri bölgəyə “Yıldırım” gəmisini göndərib. Gəmidəki “AB-212” Xilasetmə əməliyyatı üçün hava qaldırılıb. Vertolyotdan endirilən nərdivan vasitəsi ilə bir azərbaycanlı, dörd gürcü və 3 Türkiyə vətəndaşı olmaqla, 8 gəmi heyəti xilas edilib. Gəmi heyəti Ereğli  limanına gətirilib. Gəmi heyəti xilasetmə əməliyyatı ilə əlaqədar hərbçilərə təşəkkür edib. 

Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas edib – FOTO