» » Türkiyədə Gülənin qardaşı uşaqları saxlanıldı

Türkiyədə Gülənin qardaşı uşaqları saxlanıldı

Türkiyədə Gülənin qardaşı uşaqları saxlanıldı

Türkiyədə hərbi çevrilişə cəhdin təşkil edilməsində şübhəli bilinən müxalif islamçı Fətullah Gülənin qardaşı oğlu və qızı saxlanılıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb. 

Qeyd edilir ki, Hüseyn Gülən və Büşra Gülən İzmirdə saxlanılıblar. Türkiyənin hüquq-mühafizə orqanları onların FETÖ terror təşkilatının faəliyyətinə aidiyyətləri olduğunu ehtimal edir. 

Bundan başqa, türk kəşfiyyatı onların ölkədə hərbi çevrilişə cəhdin iştirakçılarının əksəriyyətinin istifadə etdikləri “Bylock” proqramından istifadə etdiklərindən şübhələnir. 

Daha öncə türk polisi Fətullah Gülənin qardaşını saxlamışdı. 


ucarliyiq.biz