» » “WikiLeaks”: Assanj ABŞ-dakı seçkilər barədə sənəd dərc etməyib

“WikiLeaks”: Assanj ABŞ-dakı seçkilər barədə sənəd dərc etməyib

“WikiLeaks”: Assanj ABŞ-dakı seçkilər barədə sənəd dərc etməyib

“WikiLeaks” saytının təsisçisi Culian Assanj Londonda Ekvador səfirliyi ərazisindən ABŞ-da keçirilən seçkiqabağı kampaniya ilə əlaqədar sənədlər dərc etməyib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə saytın “Tvitter”də dərc edilmiş bəyanatında deyilir. 

Ekvador Assanjın internetə çıxışını dayandırıb. Bununla yanaşı, bu addımın ABŞ-ın dövlət katibi Con Kerrinin xahişi ilə atıldığı bildirilib. 

Bəyanatda bildirilib ki, “WikiLeaks” Ekvadorun mediaqruplar və ölkələr tərəfindən onun siyasətinin yanlış izahından qorunma haqqını tanıyır, amma bununla yanaşı, Assanja qarşı insan haqlarının müdafiəsinə dair zəmanət verilməlidir. 

“WikiLeaks” Ekvadorun ərazisindən heç nə dərc etməyib, bunu planlaşdırmır. Cənab Assanj da ABŞ-dakı seçkilərlə əlaqədar sənədlər dərc etmir”, -  sənəddə deyilir. 

“WikiLeaks”dən bildiriblər ki, saytın təsisçisi ABŞ prezidentliyinə heç bir namizədi dəstəkləmir, amma bu il “Yaşılların partiyası”nın konfransında iştirak etməyə şad idi.  

“WikiLeaks”: Assanj ABŞ-dakı seçkilər barədə sənəd dərc etməyib


ucarliyiq.biz