» » Pakistanda 200-dən çox polis kursantı girov götürülüb

Pakistanda 200-dən çox polis kursantı girov götürülüb

Pakistanda 200-dən çox polis kursantı girov götürülüb

Pakistanın Belucistan vilayətinin paytaxtı Kvetta şəhərində naməlum silahlılar polis akademiyasına hücum ediblər. 

Ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə Samaa TV telekanalı məlumat yayıb.

Hücum bazar ertəsi, oktyabrın 24-də, axşam saatlarında baş verib. İlkin məlumata görə, silahlı şəxslərin sayı beş və ya altı nəfərdir. 

Telekanalın məlumatına əsasən, hazırda təhsil müəssisəsində şiddətli atışma gedir. Hüquq-mühafizə orqanlarının yeddi əməkdaşının yaralandığı qeyd olunur.

Hadisə nəticəsində 200-dən çox kursantın girov götürüldüyü bildirilir.

[/b]
[b]ucarliyiq.biz