» » ABŞ daha Əsədin istefasını tələb etmir

ABŞ daha Əsədin istefasını tələb etmir

ABŞ daha Əsədin istefasını tələb etmir

Con Kerri bəyanatla çıxış edib.

Birləşmiş Ştatlar Suriya prezidenti Bəşər Əsədin təcili istefasından imtina edib və bu ölkədə hakimiyyətin “nizamlı şəkildə” təhvil verilməsini tələb edir.

ucarliyiq.biz Lenta-ru-ya istinadən xəbər verir ki, bu barədə CNN-ə verdiyi müsahibəsində ABŞ dövlət katibi Con Kerri bildirib.

Kerri qeyd edib ki, Suriya münaqişəsini ölkənin siyasi həyatına sünniləri cəlb etmədən həll etmək mümkün deyil, bu isə “bir qədər zaman alacaq”. Əsədin təcili istefası Suriyanın vətəndaş institutlarının “süqutuna” və dağılmasına gətirib çıxara bilər.

“Hakimiyyətin nizamlı təhvil verilməsini təmin etmək lazımdır ki, intiqam, qisas, həyat üçün təhlükə qorxusu olmasın”, - Kerri qeyd edib və ABŞ-ın Suriyada hakimiyyət dəyişikliyinə əvvəlki yanaşmasının işləmədiyini etiraf edib.

Dövlət katibi eləcə də Rusiyanın cəlb edilməsini Suriya münaqişəsinin həllində ABŞ üçün “imkan” adlandırıb. Eyni zamanda, Kerri Moskva Əsədin hakimiyyətini dəstəkləməyə davam edərsə, əhalisinin əsasən sünnilərin olduğu Yaxın Şərq ölkələri ilə problemlərlə üzləşəcəyinə dair fikir bildirib.

“Bu, onun (Rusiyanın) cihadçılar üçün hədəf ola biləcəyi deməkdir”, - Dövlət departamentinin başçısı xəbərdarlıq edib.