» » Avtobus sürücüsündən prezidentliyə gedən yol: Maduronun sirli həyatı

Avtobus sürücüsündən prezidentliyə gedən yol: Maduronun sirli həyatı

Avtobus sürücüsündən prezidentliyə gedən yol: Maduronun sirli həyatı

Venesuela prezidenti Nikolas Maduronun ötən həftə Azərbaycana baş tutan səfəri maraqlı müzakirələrə yol açdı. Sosial mediada müzakirələr siyasi əlaqələrdən çox, Maduronun tərcümeyi-halı üzərində qurulmuşdu. Venesuela prezidentinin kimliyi, onun necə hakimiyyətə gəlməsi ölkəmizdə də maraq kəsb edir.

Ucarliyiq.biz AzVision.az saytına istinadən mövzunun aktuallığını nəzərə alaraq, Nikolas Maduro ilə bağlı maraqlı məlumatları oxucuların diqqətinə çatdırır.

Maduro Kolumbiyanın Kukuta şəhərində, kasıb Karora məhəlləsində anadan olub. Onun milliyyəti və harada anadan olması barədə xeyli şayiələr var. Bəziləri onun paytaxt Karakasda, digərləri isə Santander departamentində dünyaya gəldiyini iddia edir.

Avtobus sürücüsündən prezidentliyə gedən yol: Maduronun sirli həyatı

Maduronun Karakasda doğulmasını göstərən sənədlərdə də ziddiyyətlər var. Belə ki, onun bioqrafiyasında tarixlər üst-üstə düşmür. Karakasda onun yaşadığı deyilən məhəllənin sakinləri Madurono xatırlaya bilmirlər.

Kolumbiyanın Kukuta şəhərində isə Maduronu uşaqlıq illərindən tanıyırlar. Maduronun harada doğulması barədə məlumatlara Kolumbiya rəhbərliyi aydınlıq gətirməyib. Onlar Venesuela liderinin milliyyəti haqqında istənilən məlumatın meydana çıxmasına əngəl olurlar.

Rəsmi məlumatlara görə, Maduro 1962-ci il noyabrın 23-ü Karakasda anadan olub.

Avtobus sürücüsündən prezidentliyə gedən yol: Maduronun sirli həyatı

Nikolas Maduro Kubada Niko Lopes adında yüksək partiya məktəbində təhsil alıb. Tələbə yoldaşlarının sözlərinə görə, təhsil zamanı o, xüsusi qabiliyyəti ilə seçilməyib. Tələbə yoldaşları Maduronun siyasi proseslərdən bixəbər olduğunu bildiriblər.

Kubaya qayıtdıqdan sonra Nikolas Maduro metroda işə düzəlib və həmkarlar ittifaqının fəal üzvlərindən birinə çevrilməyə çalışıb. Lakin işçilər arasında nüfuza malik olmadığına görə istəyinə nail ola bilməyb.

Avtobus sürücüsündən prezidentliyə gedən yol: Maduronun sirli həyatı

Elə həmin vaxt Maduro Venesuela prezidenti Karlos Andres Peresi qiyam yolu ilə devirməyə çalışan Uqo Çaves və bir sıra gənc zabitlərlə tanış olub.

Uqo Çavesin hakimiyyətə gəlməsindən sonra Maduronun siyasi karyerası başlayıb. O, prezidentin komandasında yer ala bilib və Kuba rəhbərinin etibar etdiyi şəxs olmağı bacarıb.

Çavesin özünün xələfi kimi Maduronu seçməsi təsadüf deyil. Çaves Diasdado Kabelo və partiyadan olan digər şəxslərə inanmırdı. Çaves ölümündən qabaq Raul Kastronun xahişi ilə Maduronu öz xələfi elan edib.

Avtobus sürücüsündən prezidentliyə gedən yol: Maduronun sirli həyatı

Maduro 2006-2013-cü illərdə Venesuelanın xarici işlər naziri, 2012-2013-cü illərdə vitse-prezident olub, 5 mart-19 aprel 2013-cü ildə Çavesin ölümündən sonra Venesuela prezidentinin səlahiyyətlərini icra edib.

Avtobus sürücüsündən prezidentliyə gedən yol: Maduronun sirli həyatı

Maduro daha sonra ölkədə keçirilən seçkilərdə qalib gələrək Venesuela prezidenti olub. Maduronun ata tərəfdən babası və nənəsi yəhudidir.

Maraqlıdır ki, Maduro fəaliyyətinə avtobus sürücüsü kimi başlayıb. Həyat yoldaşı Siliya Flores Madurodan 10 yaş böyükdür. O, 2006-ci ildən Venesuela parlamentinin deputatıdır. Birinci xanım, həmçinin Venesuela parlamentinə seçilən ilk qadın deputatdır. O, 2006-2011-ci illərdə parlamentə sədrlik edib. Madurovunun prezident olmasında onun xidmətlərinin əvəzsiz olduğu bildirilir.

ucarliyiq.biz