» » Putin xaricdə müharibələrə hazırlaşır

Putin xaricdə müharibələrə hazırlaşır

Putin xaricdə müharibələrə hazırlaşır

Federasiya Şurası qərar verdi.

Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı ölkə prezidenti Vladimir Putinin müraciətini yekdilliklə dəstəkləyib.

ucarliyiq.biz xəbər verir ki, bunu Kreml administrasiyasının rəhbəri Sergey İvanov bildirib.

O deyib ki, Vladimir Putinin müraciəti Suriyadakı vəziyyətlə əlaqədardır.

Belə ki, Suriya prezidenti Bəşər Əsəd Rusiyaya rəsmi şəkildə müraciət edərək ölkəsinə hərbi yardım göstərilməsini xahiş edib.

Bundan sonra senatorlar bu məsələnin mətbuat üçün qapalı şəkildə baxılması üçün səs veriblər.

Məruzəçilər sırasında Rusiya prezidentinin administrasiya rəhbəri Sergey İvanov, Federasiya Şurasının müdafiə komitəsinin sədri Viktor Ozerov, Beynəlxalq Komitənin sədrinin birinci müavini Vladimir Cabarov olub.

Senatorlar yekdilliklə Rusiya qoşunlarının xaricdə istifadəsinə səs veriblər.  

RF prezidentinin administrasiyasının rəhbəri Sergey İvanov izah edib ki, söhbət sırf hərbi-hava qüvvələrindən istifadədən gedir, hərbçilərin quru əməliyyatlarında istifadəsi nəzərdə tutulmur.