» » Maduro Venesuela Milli Müdafiə Şurasını toplayır

Maduro Venesuela Milli Müdafiə Şurasını toplayır

Maduro Venesuela Milli Müdafiə Şurasını toplayır

Venesuela prezidenti Nikolas Maduro ölkədəki vəziyyəti müzakirə etmək üçün Milli Müdafiə Şurasını toplayacağını bəyan edib. 

Ucarliyiq.biz Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə VDT telekanalı məlumat yayıb. 

“Mən oktyabrın 26-da səhər saat 11:00-da Milli Assambleyanın parlament çevrilişi və sülhə nail olmaq üzrə planı müzakirə etmək üçün Milli Müdafiə Şurasının iclasını keçirəcəyəm”, - dövlət başçısı deyib. 

Venesuela Konstitusiyasına görə, Şura üzvləri hakimiyyətin bütün qollarının rəhbərləri və bir sıra nazirlərdir. Milli Müdafiə Şurasının ölkənin müstəqilliyi və ərazi bütövlüyü təhlükə altında olduğu halda toplandığı dəqiqləşdirilir. 

Daha öncə Venesuela parlamentinin Maduronun hakimiyyətdən uzaqlaşdırılmasına səs verdiyi barədə məlumat yayılmışdı. 

[/b]

[b]ucarliyiq.biz